Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən qrafikə uyğunlaşdırılması nəzərdə tutulur.
Bakıda nəqliyyatın hərəkəti tamamilə dəyişəcək – PREZİDENT YENİ SƏNƏD İMZALADI - TAM MƏTN
FED.az xəbər verir ki,bu addım “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.
Proqramda dövlət qurumlarına tapşırılır ki, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil edilsin.
Bununla bağlı təhlil aparılacaq və müvafiq siyahılar təsdiq ediləcək. Həmin siyahıya kyğun uyğun olaraq qurvmlarda, o cümlədən özəl təşkilatlarda da dəyişkən iş regimi təşkil ediləcək.
Qeyd edək ki, hazırda Azərbaycanda dövlət qurumlarının iş saatları səhər 09:00-da başlayır və axşam 18:00-da bitir. Bütün dövlət və özəl sektor işçilərinin eyni vaxtda işə gedib-gəlməsi paytaxt yollarında ciddi tıxaclara səbəb olur. Xüsusilə səhər və axşam saatlarında nəqliyyat axınının pik həddə çatması şəhərdə hərəkəti çətinləşdirir.
Yeni proqram çərçivəsində fərqli iş qrafiklərinin tətbiqi ilə bu problemin həlli nəzərdə tutulur. Müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin iş saatlarının tənzimlənməsi sayəsində yollardakı yük azalacaq, ictimai nəqliyyatın daha səmərəli işləməsi təmin olunacaq. İş gününün başlama saatı 08:00, 09:00 və 10:00, bitmə saatı isə müvafiq olaraq 17:00, 18:00 və 19:00 olaraq müəyyən edilə bilər.