2024-cü ilin yanvar-sentyabr aylarına olan məlumatlara əsasən dəmir yolu işçilərinin orta aylıq maaşı 1 420 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2023-cü ilin eyni dövrünə nisbətən 248 manat və ya 21,2% çoxdur.
2023-cü ilin yanvar-sentyabr aylarında isə bu sektorda orta aylıq əmək haqqı 1 171,2 manat idi.
Məlumat üçün bildirək ki, bu nəqliyyat sahəsində çalışan işçilərin sayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 641 nəfər başqa sözlə 14,3% azalaraq 3 min 834 nəfərə düşüb.