Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 15,3 milyon ton yük, 5 milyon 614,7 min sərnişin daşınıb.
Azərbaycanda keçən ay dəmir yolu ilə sərnişin daşımaları - 31% ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yükdaşımalar 0,3 % azalıb, sərnişindaşımalar isə 41,5 % artıb.
Hesabat dövründə orta hesabla sutkada 407 vaqon yüklənib, 423 vaqon isə boşaldılıb.
Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib. (Report)