Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar ayında 1,5 mln. ton yük, 478,5 min sərnişin daşınıb.
Bu il Azərbaycanda taksidən 5,65 mln. nəfər - İSTİFADƏ EDİB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 19,8%, sərnişin daşınmasında isə 55,4% artım müşahidə olunub.
“Orta hesabla sutkada 356 vaqon yüklənib, 380 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,6 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.(Apa)