Bu ilin yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 537,4 min sərnişin daşınıb ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 76,6% azdır.
Eləcə də bax: AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata əsasən, bu nəqliyyat növü ilə yükdaşıma 2,3 dəfə artaraq 358,7 min tona çatıb.
Qeyd edək ki, sərnişin daşınmaların sayının azalmasına səbəb, koronavirus pandemiyasına qarşı tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə iqtisadiyyatın bir sıra sahələrində fəaliyyətin, Azərbaycan Respublikasına və bəzi rayon, şəhərlərin ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın, məhdudlaşdırılmasıdır.