Bu ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 79,5 mln. ton yük, 892,2 mln. sərnişin daşınıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə daşımalar üzrə müvafiq olaraq 11,8 faiz və 25,0 faiz artım qeydə alınıb.
“Sərnişinlərin 94,1%-i avtobus, 5,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, məlumatda qeyd olunur. (Apa)