Bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 3 milyon 104,9 min sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 min nəfər və ya 1,5% çoxdur.
Ötən il bu göstərici 3 milyon 058,3 min sərnişin olmuşdu.
Sərnişin daşınmasının strukturunda beynəlxalq daşımalar 2 milyon 524 min nəfər təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,3 min nəfər və ya 2,2% çoxdur. Bir il əvvəl bu göstərici 2 milyon 469,7 min nəfər olmuşdu.
Daxili sərnişin daşımaları 580,9 min nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 min nəfər və ya 1,3% azdır. Ötən il bu göstərici 588,6 min nəfər idi.
Hesabat dövründə hava nəqliyyatı ilə sərnişin dövriyyəsi 6 milyard 231,4 milyon sərnişin-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 325,4 milyon sərnişin-km və ya 5,5% çoxdur.
Ötən il bu göstərici 5 milyard 906 milyon sərnişin-km olmuşdu.
Bu dövrdə sərnişin daşınmasından əldə olunan gəlir 1 milyard 278 milyon 93,8 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 260 milyon 178,5 min manat və ya 16,9% azdır.
Ötən il bu göstərici 1 milyard 538 milyon 272,3 min manat olmuşdu.










