«Azərbaycan Dəmir Yolları» QSC yararsız rels və digər metal qurğularının hərrac yolu ilə satışın elan edib.
Azərbaycanda bu avtomobillərə görə - PUL VERİLƏCƏK
FED.az xəbər verir kİ, hərraca ümumilikdə 24 min tona yaxın metal çıxarılacaq.
Bunun 11 855 tonu yararsız vaqon və digər qurğular, 8855 tonu relslər, 3200 tonu təkər cütlükləridir.
Satışa çıxarılan «metallom»un tonunun ilkin qiyməti müvafiq olaraq 660 manat, 700 manat və 730 manatdır.
Satışa çıxarılan metallar doğranmamış şəkildə ADY-nin respublika ərazisində müvafiq müəssisələrində yerləşir və alıcılara tərəzidə çəkilərək təhvil veriləcək.
Hərrac 01 mart 2023-cü il tarixində, saat 10:00-da Bakı şəhəri Dilarə Əliyeva 230 ünvanında ADY-nin inzibati binasında 359 nömrəli otaqda keçiriləcəkdir.
İştirak haqqı: hər lot üzrə 200 (iki yüz) manat (ƏDV-ilə) təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır. İlkin start qiymətinin 10%-i (on faizi) həcmində behin məbləği hər lot üzrə aşağıdaki kimidir: LOT 1 üzrə: 782 430 manat LOT 2 üzrə: 619 850 manat LOT 3 üzrə: 233 600 manat.
Beləliklə satışa çıxarılan metalın ümumi ilkin qiyməti 16 milyon manatdan artıqdır.
Hərrac baş tutduqdan sonra qalib olan alıcı və ADY arasında müqavilə bağlanılır. Müqavilə imzalandığı tarixdən etibarən alıcı 5 (beş) iş günü ərzində alış qiymətinin behdən sonra qalan məbləğinin tam 100%-i (yüz faizi) həcmində məbləği ADY-nin müvafiq bank hesabına köçürməlidir. Ödəniş tam həyata keçirildikdən sonra malların alıcıya təhvil verilməsinə başlanılacaq.
Tələb olunan sənədlər ADY-nin məsul şəxsi tərəfindən 24 fevral 2023-cü il tarixi saat 16.00-dək Bakı şəhəri, Dilarə Əliyeva 230 ünvanında ADY-nin inzibati binasında qəbul ediləcək.