Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Polşa və Litvanın tərəfdaşlığı ilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" layihəsi həyata keçiriləcək.
Azərbaycanda yol təsərrüfatına 700 min manatlıq - ZİYAN DƏYİB
FED.az xəbər verir ki, layihənin dəyəri 1 milyon avrodur.
"İki il ərzində Polşa və Litvadan olan ekspertlər ilə birgə müvafiq görüşlərin keçirilməsi, layihələrin hazırlanması nəzərdə tutulur. Layihə 3 komponent üzrə keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, ikinci effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, kadr potensialının artırılması aiddir. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq", - deyə nazirlikdən bildirilib. (Apa)