Çinin şərqində yerləşən Çjentszyan əyalətinin Tszinxua şəhərindən Türkmənistanın Türkmənbaşı limanına ilk yük qatarı yola salınıb.
FED.az Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinə istinadla xəbər verir ki, geyim, aksesuarlar, metal hissələr və digər malların olduğu 100 standart konteynerlə yüklənmiş qatar Türkmənbaşı limanına gələcək.
Qatar Çin-Qazaxıstan sərhədini Xorqos keçid məntəqəsindən, daha sonra Almatı, Daşkənd və Aşqabad kimi iri şəhərlərdən keçəcək.
Konteynerlər daha sonra su yolu ilə Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılacaq.
Gözlənilir ki, yeni nəqliyyat marşrutu Aktau limanından Bakıya qədər logistika xəttində yükü azaldacaq və Çin mallarının Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa bazarlarına tədarükünü sürətləndirəcək. (Azərtac)