Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşüb.
Bu barədə FED.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsi müzakirə olunub. Həmçinin rəqəmsallaşma istiqamətindəki layihələrə dair fikir mübadiləsi aparılıb.