Azərbaycan Macarıstanın “Wizz Air” aviaşirkəti ilə yeni müqavilə imzalayıb.
Eləcə də bax: Macar şirkətləri də Qarabağda quruculuq - Proqramına Qoşulur
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşdə bildirib.
Nazir qeyd edib ki, pandemiya ilə əlaqədar məhdudiyyətlər bitdikdən sonra Azərbaycanla Macarıstan arasında aviareyslər davam edəcək. (Marja)