Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanında həyata keçirilməsi planlaşdırılır.
Eləcə də bax: AZAL İtaliya və Türkiyədən - 391 NƏFƏRİ ÖLKƏYƏ GƏTİRİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
Qeyd edilir ki, bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir.
Modern