Azərbaycan və İran İmişli-Parsabad dəmir yolunun tikintisi imkanını öyrənir.
Eləcə də bax: Şərqi Zəngəzurla Naxçıvan İrandan keçməklə birləşəcək - TARİXİ SƏNƏD İMZALANDI
FED.az xəbər verir ki, “Bu məsələ cari ilin mart ayında Bakıda Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclası çərçivəsində müzakirə olunub. İclasın yekunlarına dair tərəflər İmişli (Azərbaycan) - Parsabad (İran) dəmir yolunun tikintisi imkanını nəzərdə keçirməyə dair razılığa gəliblər”, - deyə hökumətdən məlumat verilib.
Bundan başqa, iclasda tərəflər aidiyyəti strukturlar səviyyəsində Naxçıvan-Məşhəd-Naxçıvansərnişin qatarının fəaliyyətini bərpa etmək məsələsi üzrə müzakirəər aparmağa dair razılığa gəliblər.
2016-cı il dekabrın 29-dan etibarən Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyətə başlayıb. Lakin bir ildən sontra texniki səbəblərdən qatarın fəaliyyəti dayandırılıb. 2018-ci ildə qatarın fəaliyyəti bərpa olunub, lakin COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər səbəbindən yenidən fəaliyyəti dayandırılıb. (İnterfaks- Azərbaycan)