Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb.
FED.az xəbər verir ki, sənədi Azərbaycan rabitə nazirinin müavini Rəhman Hümmətov və İranın yol və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi imzalayıblar.
Qeyd edək ki, bu gün Azərbaycan və İran arasında Astaraçay üzərində avtomobil körpüsünün təməli qoyulacaq. Təməlqoyma mərasiminə Azərbaycan və İran rəsmiləri qatılacaq.
Son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.