Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində Abu-Dabidə liman xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşmış “DP World” şirkətinin baş icraçı direktorunun müavini Yuvraj Naraian ilə görüşüb.
FED.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Limanların və logistika dəhlizlərinin rəqəmsallaşdırılması, "ağıllı" nəqliyyat sistemləri, dataya əsaslanan mobillik həlləri ilə bağlı əməkdaşlıq, birgə müəssisənin yaradılması imkanlarına baxılması və investisiya məsələlərini müzakirə etdik. Həmçinin dəniz, dəmir yolu və yol logistikası arasında infrastrukturun inteqrasiya edilməklə modernləşdirilməsi sahəsində təcrübə mübadiləsi və sabit qrafik üzrə işləyən blok qatarları ilə yükdaşımalara keçid barədə fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvarında Davos iqtisadi forumunda iştirak etmək üçün İsveçrədə olan Azərbaycan prezidenti İlham Əliyev “DP World” şirkətlər qrupunun rəhbəri ilə görüşmüşdü.
“DP World” şirkətlər qrupu baş ofisi Dubayda yerləşən Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınmış logistika şirkətidir və yüklərin daşınması, yük terminallarında əməliyyatlar, dəniz xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşıb. Şirkət 2005-ci ildə «Dubai Ports Authority» VƏ «Dubai Ports International» şirkətlərinin birləşməsi nəticəsində yaradılıb.
«DP World» hətta Dubay üçün çox böyük miqyaslı şirkətdir – şirkət ildə 70 min gəmi tərəfi ndən daşınan 70 milyon konteynerlə əməliyyat aparır. Bu günyadakı bütün konteyner daşımalarının təqribən 10%-ni təşkil edir. «DP World» dünyanın 40-dan artıq ölkəsində 82 dəniz və daxili terminalları idarə edir. 2016-cı ilədək «DP World» ilk növbədə qlobal diman idarəçisi idi, o vaxtdjan bəri isə şirkət həm də təchizat zəncininin bir hissəsidir.