Azərbaycan Qarabağda azad olunmuş ərazilərdə üç beynəlxalq aeroport inşa etməyi planlaşdırır.
Eləcə də bax: Füzuli Beynəlxalq Hava Limanı - Belə Olacaq - FOTO
FED.az xəbər verir ki, bu barədə AzVirt tikinti şirkətinin mühəndisi Qəhrəman Əhmədov bəyan edib.
“Azərbaycan prezidenti (İlham Əliyev - İF) Zəngilanda aeroportun tikintisi üçün yer seçməyi göstəriş verib. Eyni zamanda, Kəlbəcər aeroportunun tikintisi gündəmdədir”, - Əhmədov CBC telekanalının efirində “Günün iqtisadiyyatı” verilişində bildirib.
Əhmədov qeyd edib ki, hazırda şirkətin layihəçiləri aeroport tikintisi üçün yer seçmək məqsədilə Zəngilan rayonundadırlar. Regionda hava şəraiti yaxşılaşdıqdan sonra Kəlbəcər rayonuna da səfərləri planlaşdırılır.
“Cari ilin avqust-sentyabr aylarında Füzuli aeroportunun eniş-uçuş meydançasnın tikintisini başa çatdırmaq planlaşdırılır. Cari Füzuli aeroportunun tikintisi başa çatdırmağı planlaşdırırıq. Paralel olaraq Zəngilan aeroportunun tikinti işlərinə başlanacaq. Kəlbəcər aeroportunun tikintisi üçün Qoçulu adlı kəndi nəzərdən keçiririk”, - Əhmədov qeyd edib.
O əlavə edib ki, 2022-ci ildə Qarabağda beynəlxalq aeroportların tikintisi üzrə bütün işləri başa çatdırmaq planlaşdırılır.
Əhmədov vurğulaylb ki, Qarabağda tikinti işlərinin aparaılması məsələsində Ermənistan tərəfindən ərazilərin mina xəritələrinin təqdim olunmaması əsas çətinlik və əngəl törədir.”Biz Türkiyə şirkətini dəvət etmişik, hansı ki, minalardan təmizlənmə üzrə fəal iş həyata keçirir. Bu bizə imkan verir ki, bu gün qrafiki qabaqlamaqla işləri həyata keçirək. Füzuli aeroportu ilə əlaqədar problemimiz yoxdur”, - o bildirib. (İnterfaks)