2024-cü ildə Azərbaycana 121 milyon 606 min dollar dəyərində 3 min 27 ədəd elektromobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü illə müqayisədə elektromobillərin idxalı dəyər ifadəsi ilə 3 milyon 662 min dollar və ya 2,9%, miqdar ifadəsi ilə isə 75 ədəd və ya 2,4% azalıb.
Ötən ilin eyni dövründə xaricdən 125 milyon 268 min dollar dəyərində 3 min 102 ədəd elektromobil gətirilmişdi.
1 ədəd elektromobilin orta idxal qiyməti 2024-cü ilin nəticələrinə görə orta hesabla 40 min 174 dollar (68 min 296 manat) olub ki, bu da son bir ildə 209 dollar (356 manat) və ya 0,5% ucuzlaşma deməkdir.
2023-cü ilin yanvar-dekabr aylarında isə 1 ədəd elektromobilin orta idxal qiyməti 40 min 383 dollar (68 min 651 manat) olub.