Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz artaraq 178 min tona çatıb.
Orta Dəhlizlə göndərilən Çinin ilk yük avtomobilləri Azərbaycana çatıb
FED.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "ŞƏT Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda deyib.
Y.Abdullayev qeyd edib ki, bu ilin altı ayında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları 93 faiz artıb. (Azərtac)