Azərbaycanın və Türkmənistanın nəqliyyat-ekspeditor və logistika şirkətləri arasında ilk dəfə olaraq birbaşa görüşlərin keçirilməsinə başlanılıb.
"Ələtdəki dəniz limanında Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb"
200 min manat kapital ilə yeni logistika şirkəti - YARADILDI
FED.az xəbər verir ki, yanvarın 11-də Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası ilə Türkmən Logistika şirkətləri arasında onlayn görüş keçirilib.
Assosiasiyadan verilən məlumata görə, əvvəlcə görüş iştirakçıları təmsil etdikləri Logistika şirkətləri haqqında qısa məlumat veriblər.
Daha sonra Azərbaycan və Türmənistanın transit daşımalarında əhəmiyyətli potensiala malik olduqları vurğulanıb.
Görüşdə iki iki ölkənin logistika şirkətlərini maraqlandıran məsələlər, o cümlədən şirkətləri narahat edən, daşınma zamanı qarşılaşdıqları çətinliklər müzakirə olunub.
Xüsusilə iki tərəfli müzakirədə dəmiryolu ilə, gəmi və quru yolla daşınma zamanı rast gəlinən çətinliklər dilə gətirilib.
Onlayn görüşdə Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov Azərbaycan və Türkmənistan prezidentlərinin 2022-ci ilin dekabrında keçirilən görüşünün hər iki ölkə üçün əhəmiyyətli olduğunu, iki tərəfli əməkdaşlığın inkişafına müsbət təsir edəcəyini bildirib.
Müzakirələr nəticəsində, Assosiasiyalar arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki assosiasiya üzvlərinin nümayəndələrinin iştirakı ilə daşınma zamanı rast gəlinən, sərhəddə yaranan çətinliklər haqqında qarşı tərəfi məlumatlandırmaq üçün onlayn işçi heyəti yaradılması qərara alınıb.