“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.
“Enterprise Azerbaijan”a və Rəqəmsal Ticarət Qovşağına rəhbərlər təyin edilib
FED.az xəbər verir ki, Heydər Cəfərli “Azərbaycan Dəmir Yolları”nın Marketinq və Tarif Siyasəti departamentinin müdiri təyin olunub.
O, 2023-cü ilin avqustundan indiyə qədər “Azərbaycan Dəmir Yolları”nda Kommersiya departamentinin müdirinin müavini, 2019-cu ilin iyulundan 2023-cü ilin iyuluna kimi Yükdaşımaları Departamentinin Tarif şöbəsinin müdiri, 2018-ci ilin iyun ayından 2019-cü ilin iyul ayına kimi isə Tarif siyasəti və marketinq departamentinin müdir müavini kimi vəzifələrdə çalışıb.
2014-2015-ci illərdə Dövlət Məşğulluq Agentliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2013-2014-cü illərdə isə Aqro-Azərinvest MMC-də Daxili Nəzarət Meneceri olub.
Heydər Cəfərli 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr dərəcəsinə, 2009-2011-ci illərdə Potsdam Universitetində İqtisadiyyat və Biznes üzrə, Azərbaycan Dövlət İqtisad Universitetində 2011 – 2013-cü illərdə Beynəlxalq İqtisadi Münasibətlər üzrə, 2016-2018-ci illərdə Drezden Texniki Universitetində Layihə menecmenti üzrə magistr dərəcəsinə yiyələnib. (Banker.az)