“Azərbaycan Dəmir Yolları” QSC-də yanacaq və yağların mənimsənilməsi halları qeydə alınıb.
«Azərbaycan Dəmir Yolları»nda - 360 NƏFƏR İŞDƏN AZAD EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qurumun Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib.
Bununla bağlı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq nəticəsində müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı mənimsəyib, bununla ADY-yə böyük ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə artıq hər iki şəxs həbs edilib.
“Azərbaycan Dəmir Yolları” QSC son illər kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələrini də açıqlayıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb. Bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb.










