“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) rəhbərlik müvəqqəti olaraq qurumun sədr müavini Hicran Valehova həvalə edilib.
Eləcə də bax: Cavid Qurbanov yeni vəzifəyə təyin edildi - SƏRƏNCAM
FED.az xəbər verir ki, bununla bağlı qərar ötən gün səhmdar cəmiyyətində keçirilmiş iclasda qəbul olunub.
İclas ADY-nin Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.
H.Valehov 1968-ci ildə anadan olub, Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib, texniki elmlər namizədidir.
O, 1985-2007-ci illərdə Kəlbəcər rayonu Sığorta Müfəttişliyində, “Azəravtoyol” Dövlət Şirkətinin 1 saylı Yol Təmir Tikinti İdarəsində, Yol Fondu İdarəsində, “Elm-İstehsalat Mərkəzi”ndə və Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində müxtəlif vəzifələrdə çalışıb, 2007-2015-ci illərdə “Azəryolservis” ASC-nin sədr müavini, 2015-2016-cı illərdə ADY sədrinin müşaviri işləyib, 2016-cı ildən sədr müavini təyin edilib.
Xatırladaq ki, mayın 24-də Prezident İlham Əliyevin sərəcamı ilə ADY-nin sədri Cavid Qurbanov vəzifəsindən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. (Report)
FED.az" src="https://fed.az/upload/news/3704347.jpg" />