Azərbaycan yük daşıyıcıları əsasən Avropa İttifaqı ölkələrində çətinliklərlə üzləşirlər.
FED.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bunun əsas səbəbi isə Avropada qaydaların, tələblərin və normaların sərt olunmasıdır: “Ən böyük problemlər maşınların texniki vəziyyəti ilə bağlı olur. Məsələn, işıqların düzgün işləməməsi, arxa hissədəki rezinlər və ya digər texniki detalların normaya uyğun olmaması ilə bağlı olur. Məsələn, əgər bir maşını saxlayırlar və ya cərimə edirlərsə, bunu qanun və qaydalara əsaslanaraq edirlər". (Report)