Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Məhəmməd Musayev vəzifəsindən azad edilərək “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə rəhbər təyin edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində - KADR DƏYİŞİKLİYİ
FED.az xəbər verir ki, “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə rəhbərlik isə Camal Sadıxova həvalə olunub.
Xatırladaq ki, “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC 2002-ci ildə yaradılıb. Şirkətlərin nizamnamə kapitalı müvafiq olaraq 20 manat və 271,1 milyon manatdır. (Report)