Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC-nin direktoru Həmid Məmmədov vəzifəsindən azad edilib.
Eləcə də bax: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində - KADR DƏYİŞİKLİYİ
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Müsavər Hətəmova həvalə olunub.
Xatırladaq ki, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” şirkəti 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. (Report)