«Azərbaycan Hava Yolları» QSC (AZAL)ın hərraca çıxardığı 3 helikopterdən 1-i satılıb.
AZAL-ın helikopterləri 50% endirimlə - HƏRRACA ÇIXARILDI - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Noyabrın 15-də hərraca çıxarılan «Airbus Helicopters EC-135P22009» helikopteri elə ilkin satış qiymətinə – 1 milyon manata çıxarılıb. Başqa sözlə helikopterin satışında rəqabət olmayıb.
Xatırladaq ki, sözügedən helikopterlərin hərracı üzrə elan 2022-ci ilin oktyabrında ean edilmişdi.