AZAL “Uçuran Cümə” çərçivəsində endirimli aviabiletlərin satışına başlayır.
FED.az xəbər verir ki, AZAL “Uçuran Cümə” kampaniyası çərçivəsində 50-dən çox istiqamət üzrə 300 minədək endirimli aviabilet satışa çıxarıb.
Endirimli biletlərin satış müddəti 24–28 noyabr 2025-ci il tarixlərini əhatə edir. Sərnişinlər bu biletlərlə 1 dekabr 2025 – 30 aprel 2026 tarixləri arasında səyahət edə biləcəklər.
Biletləri Azal.az saytından, AZAL mobil tətbiqindən və aviaşirkətin rəsmi satış mərkəzlərindən əldə etmək mümkündür.
Qeyd olunur ki, endirimlər müntəzəm beynəlxalq reyslər üzrə Ekonom, Premium Ekonom və Biznes sinif tariflərinə tətbiq olunur. Endirim yalnız tarifə aiddir, vergi və yığımlara şamil edilmir. Kampaniya çərçivəsində təqdim edilən biletlərin sayı məhduddur və yüksək tələbat dövrləri istisna edilir.










