Banner

Nəqliyyat

AZAL Naxçıvan reyslərinə biletlərin qaytarılması - VAXTINI AÇIQLADI

AZAL Naxçıvan reyslərinə biletlərin qaytarılması - VAXTINI AÇIQLADI | FED.az
12:24 13 İyun 2020

 Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər.

Eləcə də bax: Azaldan Naxçıvan reysi ilə bağlı açıqlama - YALNIZ BU ŞƏXSLƏR BURAXILACAQ

FED.az xəbər verir ki,  AZAL aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə  bilməyən sərnişinlərə təkrar müraciət edir.

 Qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri 7 iyul tarixindən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.

 Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.

 Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən  aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.

 Yeni aviabiletin rəsmiləşdirilməsi üçün [email protected] elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.

 Xatırladırıq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.

Digər xəbərlər

Banner