2020-ci ildə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 19 096 nəfər təşkil edib.
Eləcə də bax: Bu il AZAL-ın gəlirləri - 3 Dəfədən Çox Azalıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.
Sənədə əsasən, sərnişin daşınması koronavirus pandemiyasından öncə - ötən ilin I rübündə həyata keçirilib.
İllik müqayisədə sərnişinlərin sayı 117 503 nəfər və yaxud 7,1 dəfə azalıb.
Hesabat ilində xarici aviaşirkətlər Gürcüstana 692 260 sərnişin daşınması yerinə yetirib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 93% azdır.
Ötən il xarici aviadaşıyıcılar arasında qonşu ölkəyə ən çox sərnişin daşıyan şirkətlər Macarıstanın aşağı büdcəli aviaşirkəti “Wizz Air” (172 012 nəfər) və Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkəti (86 562 nəfər) olub. (Report)