2 İyun – Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.
FED.az xəbər verir ki, ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Həmçinin Ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.