Bu ilin yanvar-avqust ayında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Xatırladaq ki, 2020-ci ilin yanvar-avqust ayında AZAL 5.3 min ABŞ dolları dəyərində xidmət ixrac edib.