“Azərbaycan Hava Yolları” QSC (AZAL) Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə yeni nəsil təyyarələrdə sərnişinlər üçün internetə çıxış imkanının yaradılması ilə bağlı müqavilələrin və bir sıra hüquqi aktların tətbiqi üçün müraciət edib.
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
FED.az xəbər verir ki, Rəqabət Məcəlləsinin 39.2.1-ci və 39.2.5-ci maddələrinin tələblərinə əsasən edilən bu müraciətlə bağlı araşdırma və təhlillər yekunlaşıb.
Agentlik istehlakçıların sərbəst seçim prinsipini nəzərə alaraq internet xidmətinə razılıq verib. Şərtə görə, bu imkan yalnız sərnişinin istəyi ilə təqdim olunmalı və ona əlavə xidmət kimi məcburi şəkildə satılmamalıdır.














