Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycan aviaşirkətləri 463,5 min sərnişin daşıyıb, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 68,7% və ya 1 milyon 18 min nəfər azdır.
Eləcə də bax: AZAL biletlərin qaytarılması və dəyişdirilməsi ilə bağlı - MƏLUMAT YAYDI
FED.az xəbər verir ki, iyul ayında “Azərbaycan Hava Yolları” və “ASG Business Aviation”-un (keçmiş “Silk Way Business Aviation” MMC) xidmətlərindən 16,7 min sərniş istifadə edib. Bunlar əsasən AZAL-ın çarter reysləri ilə evə qayıdan sərnişinlərdir.
Turan