Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Samir Rzayev: "AZAL-ın aldığı yeni təyyarələr 2028-ci ildən istismara veriləcək"
FED.az Samir Rzayevin dosyesini təqdim edir:
Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib.
Xatırladaq ki, 2022-ci ildə "Azərbaycan Hava Yolları" QSC-nin Nizamnaməsinə dəyişiklik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi. (Trend)