Bu ilin yanvar ayında “Azərbaycan Hava Yolları” (AZAL) QSC 55 min ABŞ dolları dəyərində xidmət ixrac edib.
Eləcə də bax: AZAL-ın gəlirləri 2 dəfədən çox - Azalıb
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Məlumata görə, bu, 2020-ci ilin yanvar ayı ilə müqayisədə 540 min ABŞ dolları və yaxud 10,8 dəfə azdır.
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında AZAL 595 min ABŞ dolları dəyərində xidmət ixrac edib. (Report)