Respublika ərazisində davam edən əlverişsiz hava şəraiti və Naxçıvan istiqamətində uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bir sıra beynəlxalq reyslərinin həyata keçirilməsində müvəqqəti gecikmə yaranıb.
FED.az xəbər verir ki, aşağıda 23 iyuna nəzərdə tutulan uçuşların yerinə yetirilməsində dəyişikliklərin cədvəli təqdim edilib:
– Bakı-Domodedovo marşrutu üzrə saat 09:00-a planlaşdırılan AHY181/182 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 2 saat təşkil edir.
– Bakı-Praqa-Bakı marşrutu üzrə saat 07:00-a planlaşdırılan AHY109/110 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 4 saat təşkil edir.
– Bakı-Tbilisi-Bakı marşrutu üzrə saat 09:30-a planlaşdırılan AHY9223/9224 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.
– Bakı-Antalya-Bakı marşrutu üzrə saat 14:20-a planlaşdırılan AHY125/126 reysi saat 15:50-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.