Oktyabrın 26-dan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək.
Bu barədə FED.az-a AZAL-dan bildirilib.
Məlumata görə, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir: "Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur".