Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.
Eləcə də bax: İran Azərbaycandan Naxçıvana hərbi təchizat təyyarələrinin uçuşuna - Qadağa Qoydu
FED.az xəbər verir ki, AZAL-dan bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.
Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi, həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.
Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.