"Azərbaycan Hava Yolları" aviaşirkəti Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.
«Buta Airways» əlavə yükün qiymətini - KƏSKİN BAHALAŞDIRDI – YENİ QİYMƏT
FED.az xəbər verir ki, aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcəkdir.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.
FED.az xəbər verir ki, yeni reyslə Bakıdan Fərqanəyə uçuş üçün biletlər 315-345 manat arasında dəyişir və gediş gəliş təqribən 650 manata başa gələcək.
AZAL-ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi saytından www.azal.az, habelə aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcəkdir.
Azərbaycan və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytından, "Giriş qaydaları" bölməsindən əldə etmək olar.