"Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 3-dən etibarən Bakı-Almatı aviareysi üzrə uşulara başlayacaq.
Eləcə də bax: Nur-Sultan-Bakı reysi - DAYANDIRILIR
FED.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Hava limanından qeyd olunub ki, "AZAL martın 3-dən etibarən həftədə iki dəfə (II və VI günlər) Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirəcək. Bakıdan Almatıya aviareys saat 20:00-da həyata keçiriləcək".
Qeyd edək ki, Qazaxıstan martın 5-dən etibarən koronavirus infeksiyasının (COVID-19) yayıldığı ölkələrə uçuşların sayını azaldacaq. Belə ki, Almatı-Bakı və Aktau-Bakı istiqaməti üzrə uçuşlar həftədə bir dəfəyədək endiriləcək. Nur-Sultan-Bakı istiqamətində uçuşlar isə ləğv olunacaq. Martın 1-dən bu reyslərə bilet alan sərnişinlər biletləri aldıqları yerdə tam və heç bir pul tutulmadan qaytara bilərlər.
"Air Astana" aviaşirkətindən "APA-Economics"ə bildirilib ki, Nur-Sultan-Bakı aviareysinin nə vaxt bərpa olunacağı hələ məlum deyil.
Xatırladaq ki, bundan öncə Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "Air Astana" aviaşirkəti isə Nur-Sultandan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.
APA