8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” (AZAL) qadınlar üçün Bakıdan müxtəlif istiqamətlər üzrə aviabiletlərə 30 faiz güzəşt elan edib.
AZAL-dan FED.az-a bildirilib ki, aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür. Aksiya çərçivəsində aviabiletlər 28 mart-20 aprel tarixləri arasında uçuşlara şamil edilir.
Belə ki, Bakıdan Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı şəhərlər üzrə uçuşlara 30 faiz güzəşt tətbiq olunur.
Sözügedən reyslərə aviabiletləri aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərindən, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar.