“Əgər Azərbaycan Respublikası ərazisində və ya digər ölkələrdə epidemioloji vəziyyət imkan verərsə, iyul və ya avqust aylarında beynəlxalq uçuşlar başlanılarsa, bu günə kimi bilet almış bütün sərnişinlər mütləq və mütləq aldıqları biletlərin məbləğində “Azərbaycan Hava Yolları”nın və ya “Buta Airways”in uçduğu hər hansısa bir istiqamətdə əllərində olan biletləri yeni biletlərə dəyişdirə biləcəklər və bunu da təsdiq etmək üçün biz həmin o sərnişinlərə xüsusi vauçerlər təqdim edirik”.
Eləcə də bax: AZAL-ın vitse-prezidenti: “Sərnişinlərin əlində 178 691 bilet var”
FED.az xəbər verir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.
“Hətta elə bir sənirşinlər olarsa ki, desə ki, “mən heç vaxt daha “Azərbaycan Hava Yolları”nın xidmətindən istifadə etməyəcəyəm və, sadəcə olaraq, biletimin pulunu geri almaq istəyirəm”, yenə də “Azərbaycan Hava Yolları” bütün öhdəliklərini sərnişinlərinin qarşısında yerinə yetirəcək və bunu da biz işə başladığımız, yəni beynəlxalq hava yollarının açılışından 60 gün sonra bütün biletlərin pullarını geri qaytarmağa hazır olacağıq”, - deyə Hacıyev bildirib