8 mart 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
FED.az xəbər verir ki, ilkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
Qeyd edək ki, sözügedən reys üçün uçuş qiymətləri Bakıdan-Təl-Əviv istiqamətinə 313 manatdan, əks itiqamətdə isə 323 manatdan başlayır («ekonom sinif» üçün).
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.