“Azərbaycan Hava Yolları” QSC (AZAL) oktyabrın 4-dən Bakı-Səmərqənd-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.
Eləcə də bax: AZAL: Rusiyadan Azərbaycana reyslərə tələbat artıb - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə aviaşirkətin Marketinq, kommersiya və istehsalat departamentinin rəis müavini Fatimə Hacızadə məlumat verib.
“AZAL beynəlxalq uçuşların coğrafiyasını genişləndirir və oktyabrın 4-dən Bakı-Səmərqənd-Bakı marşrutu üzrə uçuşlara başlayır”, - deyə o bildirib.
F.Hacızadə qeyd edib ki, uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.
Daha əvvəl AZAL Səmərqəndə uçuşların çərşənbə axşamı və cümə günləri həyata keçiriləcəyi ilə bağlı məlumat vermişdi.
AZAL, həmçinin yaxın vaxtlarda Bakı-Daşkənd marşrutu üzrə və əks istiqamətdə reyslərin tezliyinin həftədə 5 dəfəyə çatdırılmasını planlaşdırır. (İnterfaks-Azərbaycan)