"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.
AZAL-dan FED.az-a verilən məlumata görə, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.