İişğaldan azad olunan rayon mərkəzlərinə və iri kəndlərə avtobus marşrutları təşkil ediləcək.
Eləcə də bax: Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
FED.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onnu sözlərinə görə, işğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.
Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən avtoğbus marşrutları açılacaq.
Həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.