Bakıda min nəfərə düşən taksi sayı London, Moskva, Nyu-York, Tokio, Şanxay, İstanbul və bir sıra digər şəhərlərlə müqayisədə, 4 dəfə çoxdur.
"Bakıda taksidən istifadə 14% azalıb"
FED.az xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Bakıda min sakinə 29,1 taksi düşür ki, Londonda bu rəqəm 9,9, Moskvada 5,8, Nyu-Yorkda 12,2, Sinqapurda 21,2, Tokio və Şanxayda 2, İstanbulda isə 1,8-dir", - deyə o qeyd edib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 1,366 milyard nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Qeyd olunan dövrdə sərnişinlərin 94,6 faizi avtobuslarla, 5,4 faizi isə taksi və digər özəl daşıyıcılarla daşınıb. (Trend)