“Fərqlənmə nişanı”n verilməsindən imtina etmək mümkün deyil.
Nazir: “Taksi normadan çoxdur, avtobus sərnişinlərinin sayı 35 faiz azalıb” – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Anar Rzayev bildirib ki, bu sahədə sanksiyalar da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətində deyil: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən daşıyıcıların vahid uçotunun aparılmasına da “Fərqlənmə nişanı” şərait yaradıb. Sektorun iki sahəsi tənzimləmədən kənarda qalıb. Avtobus hesab edilməyən nəqliyyat vasitələri ilə rayonlararası sərnişin daşımalar da bunlardan biridir. Bu, müntəzəm sərnişindaşımaları demək olar iflic vəziyyətinə gətirib. Qeyd etdiyimiz nəqliyyat vasitələri üçün ümumiyyətlə, bilet satışı yoxdur. Avtovağzallarda da vəziyyət yaxşı deyil”. (Apa)