Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nizamnamə fondunun məbləği dəyişdirilib.
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Fərmana əsasən Agentliyin nizamnamə fondu 5 642 390 manatdan 245 157 852 manat 36 qəpiyə çatdırılıb.